Yuxarı

Kredit ödəyən ailələrə fitrə vacibdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fitrə - müqəddəs Ramazan ayının başa çatması münasibətilə verilən zəkatdır. Demək olar ki, İslamda bütün məzhəblər (hənəfilər istisna olmaqla) bu zəkatı vacib hesab edir.

Fitrə islam peyğəmbərinin (s) dövrundə də verilib. Peyğəmbər (s) hicri-qəməri təqviminin 2-ci ilində, Ramazan ayının sonunda söylədiyi xütbə vasitəsilə müsəlmanlara bu zəkatı elan edib.

Sonra fitrə müsəlma aləmində geniş yayılıb və tanınmış din xadimləri bununla bağlı fikir bildiriblər. İmam Sadiq (ə) buyurub: "Orucluq qurtaranda fitrə zəkatı vermək lazımdır; necə ki namazı qurtaranda peyğəmbərə salavat vacibdir. Hər kim Ramazan orucunu qurtarandan sonra qəsdən fitrə zəkatı verməsə, orucu qəbul olmaz. Necə ki, namazın axırında peyğəmbərə salavat göndərməyən adamın namazı qəbul olmaz".

Fitrə Ramazanın son günündə, məğrib azanından sonra ayırılmalı və Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl ünvanına çatdırılmalıdır. Bununla da cəmiyyətdə bütün insanlar bayramı qeyd etmək imkanı qazanmış olurlar. Yəni Fitr bayramında adətə görə halva bişirilir. Ən azı halva bişirə biləcək qədər hər kəsin evində qazan qaynayır.

Fitrə ailə başçısı tərəfindən ödənilməlidir. Ramazan ayının sonuncu günü ailə başçısı özünün, ailə üzvlərinin (yaşından fərqi olmayaraq) və süfrəsində iftar edən hər kəsin fitrəsini ödəməlidir.

Fitrənin miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına bir sa, yəni 3 kq olmaqla hesablanır: buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Bu ərzağın qiymətinə uyğun olan məbləğdə pul da verilə bilər.

Fitrə zəkatı maddi vəziyyəti çətin olan adamlara (fəqirlərə) verilməlidir. Hər kəs öz kasıb qohumuna, ya qonşusuna fitrə zəkatı versə, daha yaxşıdır.

Maddi durumu həddən aşağı, ciddi sosial problemləri olan ailələr fitrə zəkatını ödəməkdən azaddırlar.

Məlumdur ki, Azərbaycanda əhalinin bir qismi bankara kredit ödəyir. Bu zaman belə bir sual yaranır: banka kredit ödəyən ailələr fitrə ödəməlidir, yoxsa bu zəkatdan azad olunublar?

Bu sualın cavabı birmənalı deyil. Yəni ailənin ümumi vəziyyəti ilə ölçülməldir. Ailənin yaşayış səviyyəsi çox aşağı olarsa, bankdan götürdüyü kredit də məhz ailənin zəif dolanışığını nisbətən yaxşılaşdırmaq məqsədi daşıyırsa, həmin ailə fitrə zəkatından azad olunur. Əks halda fitrə verilməlidir.

Qeyd edək ki, bu zəkatın əsas məqsədi cəmiyyətdə sosial tarazlığı bərpa etməkdir. Cəmiyyətdə imkanlı şəxslərin yaşayış səviyyəsi aşağı olan ailələrə yardım etməsi üçün fitrə də bir şərait yaradır və bu yardımlaşma məhz mehribanlıq və səmimiyyətin daha da çoxalmasına, cəmiyyətdə sevgi tellərinin möhkəmlənməsinə xidmət edir.

Tarix
2015.07.16 / 15:01
Müəllif
Cavid Cabbarlı
Digər xəbərlər

Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşdü

Bayramov Nəhyanla regionu müzakirə etdi

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla