Yuxarı

İdmançımızın vəziyyəti ağırlaşdı – Qardaşı danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdmançımızın vəziyyəti ağırlaşdı – Qardaşı danışdı

Sadiq Həsənov onkoloji xəstədir. Vəziyyəti gündən-günə pisləşir. Heç bir xəstəxana, özəl klinika Sadiqi qəbul etmir. Bu səbəbdən ev şəraitində müalicə alır.

Bu sözləri Axar.az-a Çində uzun illər müxtəlif uğurlara imza atan idmançı Sadiq Həsənovun qardaşı Səbuhi Həsənov deyib.

“Sadiqin başında və mədaltı vəzisində şiş aşkar edilib. Müalicəsi üçün ev şəraitində çətinlik çəkirik. Onun kimi idmançılar hər zaman diqqətdə saxlanılmalıdır. Sadiq Həsənov Azərbaycan bayrağını bu günə qədər ölkə xaricində layiqincə zirvələrə qaldırıb. İndi isə belə ağır xəstəliklə üz-üzə qalıb. Dövlətimizdən, Gənclər və İdman Nazirliyindən Sadiqə dəstək olmalarını gözləyirik”, - idmançımızın qardaşı çağırış edib.

Qeyd edək ki, Sadiq Həsənov 2010-cu ildən Azərbaycan Uşu Federasiyasının fəal üzvüdür. Uzun illər idmanın döyüş növləri - kinqboks, tayboks və uşu-sanda ilə məşğul olub. Bu döyüş növləri üzrə dəfələrlə ölkə çempionu olub, yüksək mükafatlar qazanıb. 2010-2015-ci illərdə Uşu üzrə Azərbaycan çempionatının qalibi olub. O, 2016-2019-cu illərdə Çində çalışıb. Çinin Pekin İdman Universitetində doktoranturada oxuyur.

Sadiq Həsənov təhsilinin magistratura pilləsini də bu universitetdə alıb və 2018-ci ildə məzun olub. O, təhsil almağa müsabiqə yolu ilə seçilib, Çinə dövlət xətti ilə göndərilib. 4 xarici dil bilən Sadiq Həsənov idmanın bir neçə sahəsi ilə yanaşı, eyni zamanda “body-fitness”lə ilə də məşğul olub, ayrı-ayrı yarışlarda uğurla çıxış edib.

Çində universitet tələbələri arasında keçirilən fitnes-model yarışının qalibi olan həmyerlimiz dəfələrlə birincilik qazanıb. İdmançımız Pekində keçirilən “Beijing Students Fitness Model contest” yarışmasının da qalibi olub və “Ən istedadlı yarışçı” adına layiq görülüb.

Tarix
2021.09.08 / 12:20
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - Foto

Əliyev və Paşinyan yaxşı dostdurlar - Uitkoff

Bu partiyaların MSK üzvlüyünə yeni namizədləri açıqlandı

Azərbaycanla Ermənistan arasında qarşılıqlı səfərlər...

Əminəm ki, bu səfər yaxşı fürsətlər yaradacaq - Prezident

Prezident latviyalı həmkarına sülh prosesindən danışdı

Azərbaycan-Latviya sənədləri mübadilə edildi - Foto

Region üçün ən kəskin problemlərdən biri... - Baş nazir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla aramıza nifaq salmaq üçün... – İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla