Yuxarı

İsrail mediası: Azərbaycan tolerantlıq vahəsidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail mediası: Azərbaycan tolerantlıq vahəsidir

İsrailin https://www.makorrishon.co.il xəbər portalında “Dini və dinlərarası münaqişələrin əhatə olunduğu regionda Azərbaycan tolerantlıq vahəsidir” sərlövhəli məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu məqalədə qeyd edilir ki, Yaxın Şərqdə dinlərarası müharibələrin və dini münaqişələrin qızışdığı bir vaxtda, İran İslam Respublikası ilə həmsərhəd olan, Xəzər dənizi sahilində yerləşən Azərbaycan multikulturalizm, dini tolerantlıq və plüralizm vahəsi kimi qalmaqdadır. “Azərbaycan yer üzündə yəhudilərin “Davud ulduzu” medalyonunu rahat gəzdirə biləcəyi və gecə sinaqoqlarda qorxmadan ibadət etdiyi nadir müsəlman ölkələrindən biridir. Azərbaycanlılar üçün bu, milli qürur məsələsidir”, - deyə müəllif nəzərə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin yəhudi xalqının Yeni ili münasibətilə yəhudi icmasına təbrik müraciəti ünvanladığını xatırladan müəllif bu yaxınlarda Azərbaycana səfəri zamanı ölkəmizdə erməni kilsəsinin qorunub saxlanıldığının, bütün icmalar, o cümlədən yəhudi icması üçün şərait yaradıldığının şahidi olduğunu vurğulayıb.“…yəhudi icmasının bir çox üzvünün ivrit dilində sərbəst danışdığını gördüm, çünki bu dil Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən bütün yəhudi məktəblərində tədris olunur. Halbuki ABŞ və Kanada kimi ölkələr ivrit dilini öyrənən yəhudi tələbələri maliyyələşdirmir”.

Məqaləni daha ətraflı şəkildə bu linkdən oxumaq mümkündür.

Tarix
2021.09.15 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal

FHN onlar üçün “açıq qapı günü” keçirdi - Foto

Sahibə Qafarova Serbiyaya getdi

İlham Əliyev Trampın hədiyyəsini Orra göstərdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla