Yuxarı

Səfir Londonda yaşayan azərbaycanlılarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfir Londonda yaşayan azərbaycanlılarla görüşdü

Azərbaycanın Britaniyaya yeni təyin olunan səfiri Elin Süleymanov Londonda yaşayan Azərbaycanlılarla görüş keçirib.

Axar.az xəbər verir ki, görüşə Azərbaycanın Britaniyadakı diplomatik korpusunun üzvləri, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Cavanşir Feyziyev, Britaniyadakı Azərbaycan və Türk icmasının üzvləri qatılıblar.

Səfir Elin Süleymanov ötən il ərzində Azərbaycanın çətin zamanlarında ölkəmizə dəstək olan icma üzvlərinə, Azərbaycanın üzləşdiyi problemlərin Britaniyada tanıdılmasında rol oynayan hər bir azərbaycanlıya təşəkkür edib.

Elin Süleymanov bildirib ki, bu gün qazilərimizin, şəhidlərimizin, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız azad olunub. O, Azərbaycanın iqtisadi inkişafından, beynəlxalq uğurlarından danışıb, Bakının dünyanın ən gözəl şəhərlərindən biri olduğunu qeyd edib.

Səfir Britaniyadakı Türk icmasının aktivliyindən də danışıb, onlara ölkəmizə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Cavanşir Feyziyev Britaniyadakı hər bir azərbaycanlının ölkəmizin səfiri olduğunu qeyd edib və Azərbaycanın tanıdılmasında göstərdikləri dəstəyin önəmindən danışıb.

Daha sonra Britaniyadakı Azərbaycan evinin rəhbəri Ali Tekin Atalar çıxış edib. O, Britaniyadakı azərbaycanlıların illər ərzində göstərdiyi fəaliyyətlərindən danışıb.

Tarix
2021.09.19 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla