Yuxarı

İrandan 100 kq narkotikin keçirilməsinin qarşısı alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan 100 kq narkotikin keçirilməsinin qarşısı alındı

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin və Sahil Mühafizəsi bölmələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təx­mini çə­kisi 102 kiloqram 424 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman pre­paratlarına bənzər maddələrin döv­lət sərhədindən qaçaq­malçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə həyata ke­çi­rilmiş tədbirlər nəticəsində 11 oktyabr tarixində Biləsuvar rayonunun Biləsu­var kəndi istiqa­mə­tində dövlət sərhədinin yaxınlığında 4 ədəd bağlamadan təxmini çəkisi 19 kiloqram 600qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələraşkarlanaraq götürülüb.

Həmin gün saat 20:40 radələrində eyni ərazidəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması sərhəd nar­yadı tərəfindən aşkar olunub. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazilər qapadılıb, sərhəd naryadları tərəfindən sərhəd po­zu­cularının təqibi başlanılıb, hadisə yeri və yaxın ərazilər nəzarətə götürül­üb.

Sərhəd pozucularından biri ərazidən uzaqlaşmağa çalışarkən üzərində idman çantası ilə saxlanılıb, digər iki nəfər isə sərhəd naryadlarının “Dayan” əm­rinə tabe olmayaraq əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, əra­zinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaç­ıblar.

Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikasının vətəndaşı 1988-ci il təvəllüdlü Şahmüqəddəm Cəfər Həsən olması müəyyənləşdirilib, onun əlindəki çantaya və ərazidən götürülən bağlamalara baxış zamanı təxmini çəkisi 35 kiloqram 590 qram narkotik vasitəyə, psixotrop və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkar olunub.

Oktyabr ayının 12-də saat 07:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Müha­fizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin müha­fizəsini hə­yata keçirən sərhəd gözətçi gəmisi tərəfindən su səthində bir ədəd şüb­həli bağlama aş­kar­lanıb. Bağlamaya baxış zamanı ümumi çəkisi 47 kiloqam 234 qram nar­kotik vasitəyə, psixotrop tərkibli və güclü təsirli dərman preparatlarına bənzər maddələr aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlar üzrə hazırda əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Tarix
2021.10.12 / 11:16
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailin bu “jesti”ni Nikol vecinə almadı, Bakını isə sarsıtdı...

Azərbaycanda "Türk Dünyası Həftəsi" başladı

Rəsmi Bakıdan İsrailə reaksiya: Qəbuledilməzdir!

Bakıya kömək edənlərin “erməni soyqırımı” addımı... - Xaçikyan

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla