Yuxarı

Ağdamda ilk olaraq bu quyulardan istifadə olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğaldan azad olunmuş ərazilərdə ötən ilin oktyabrından başlayaraq su təchizatı sistemlərinin bərpası ilə bağlı işlərə başlanılıb. İlk olaraq “Azərsu” əməkdaşları Cəbrayıl rayonuna ezam olunublar və orada yerləşən hərbi hissələrdə düşmən tərəfindən dağıdılmış su sistemlərinin təmirinə başlanılıb.

Axar.az xəbər verir ki, bunu Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan bir neçə gün sonra “Azərsu” əməkdaşları Şuşaya ezam ediliblər. Əvvəlcə noyabrın 25-də Kiçik Kirs-Şuşa magistral su kəməri bərpa edilib və şəhər içməli su ilə təmin olunub. Buna qədər isə Daşaltıda su təchizatı bərpa edilib və Şuşaya suyun daşınması üçün sudoldurucu məntəqə yaradılıb. Ardınca Zarıslı mənbəyində işlər görülüb və Zarıslı-Şuşa magistral kəməri ilə suyun verilməsi dekabrda bərpa olunub.

Hadrut və Şuşada “Azərsu”nun xidmət göstərən daimi briqadası yaradılıb. Onlar qarşıya çıxan problemlərin operativ həlli ilə məşğuldurlar. Hadrutda yerləşən briqadanın xidmət dairəsi, həmçinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarını da əhatə edir. Bu il yay aylarında isə Kəlbəcərdə üçüncü xidmət yaradılıb.

“Əsaslı işlərə Şuşa şəhərində başlanılıb. Prezidentin təsdiqlədiyi xüsusi proqrama əsasən Şuşanın su təchizatının yenidən qurulmasının birinci mərhələsi icra olunur. Kiçik Kirs-Şuşa magistral kəmərinin 5,3 kilometrlik hissəsinin yenilənməsi işləri həyata keçirilir. Şuşada hər birinin həcmi 500 kubmetr olan iki ədəd su anbarı və 6 kilometrlik şəhərdaxili şəbəkənin tikintisi, layihənin birinci mərhələsini əhatə edir və düşünürük ki, bu ilin sonu gələn ilin əvvəllərində bu layihə yekunlaşacaq. Artıq Şuşa şəhərinin baş planı təsdiqləndikdən sonra layihənin növbəti mərhələsi kimi şəhər daxili şəbəkənin, şirin su, kanalizasiya şəbəkəsi və tullantı su təmizləyici qurğusunun qurulması öz əksini tapacaq”, - deyə Anar Cəbrayıllı vurğulayıb.

Diqqətə çatdırıb ki, artıq Ağdam şəhəri üçün ilk olaraq yeraltı sulardan, yəni subartezian quyulardan istifadə olunmasına qərar verilib. Belə ki, Ağdam şəhəri ətrafında subartezian quyuları qazılacaq və şəhərin içməli su ehtiyacı həmin quyular hesabına təmin ediləcək.

Qeyd edək ki, Ağdam şəhərində Türkiyə-Rusiya birgə monitorinq mərkəzi içməli su və kanalizasiya sistemləri ilə təmin olunub.

Tarix
2021.10.12 / 17:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla