Yuxarı

Qəhrəmanlının qızı zorlandı, işi baş prokuror nəzarətə götürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlının (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qalması ilə bağlı məsələ Baş prokuror Kamran Əliyev tərəfindən nəzarətə götürüb.

Axar.az xəbər verir ki, bu barədə Sənayın anası Zümrüd Yağmur sosial şəbəkə hesabında bildirib.

O bildirib ki, bu gün səhər Kamran Əliyevin böyük köməkçisi Mahir Abbasovla görüşüb:

“Cinayət işi materiallarında bizi narazı salan halları yenidən danışmağımızı istədilər. Mən ekspertiza rəyləri və cinayətin baş verməsini təsdiq edən sübutlar haqqında danışdım.

Görüş zamanı Mahir Abbasov bildirdi ki, iş Yasamal Rayon Prokurorluğundan alınacaq və başqa bir yerdə baş prokuror Kamran Əliyevin nəzarəti altında araşdırılacaq”.

Z.Yağmur işin uzun müddətdir araşdırılmamasının günahkarları sırasında Daşkəsən rayon icra başçısı Əhəd Abıyevin adını çəkib və onu təhqir edib.

Xatırladaq ki, Əhəd Abıyev Zümrüd Yağmurun qohumudur.

Qeyd edək ki, Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını ötən gün sosial şəbəkə hesabında açıqlamışdı.

O bildirmişdi ki, 2020-ci il 24 avqust tarixində vəkilim - Zibeydə Sadıqova ilə görüşdüyüm üçün evə bir qədər gec qaldım:

“Anamla danışanda mənə xalam Sürəyya Ağayevanın evinə getməyimi xahiş etdi.

Başda getmək istəməsəm də, nəhayət ana ilə razılaşdım və xalamgilə getdim. Elə vəkilim və həyat yoldaşı məni öz maşınları ilə xalamgilin evlərinin yaxınlığına (Daxili İşlər Nazirliyinin yanına) qədər apardı.

Xalamgil həftənin bəzi günləri Bakıda, bəzi günləri isə Beyləqanda olur. Xalam oğlu isə demək olar ki, daimi olaraq Bakıda yaşayır.

Mən evə getdikdə yalnız xalam oğlu evdə idi.

Saat təqribi 10-11 radələrində Əsgər Ağayev mənə marketə getmək istədiyini deyib evdən çıxdı və qayıtdıqda özünə alkoqollu, mənə isə alkoqolsuz pivə almışdı. Mənə alkoqolsuz olanı içməyi təklif etdi və mən də bu zaman onun ikinci kompüteri ondan istəyib, “zum” proqramı yükləməyə başladım (Çünki səhəri gün onlayn qaydada konfransa qoşulmalı idim və yanımda öz kompüterim yox idi).

O isə elə özü də digər kompüterdə proqram yazmaq ilə məşğul idi.

Bir neçə saat sonra yenə marketə getmək adı ilə evdən çıxdı və yenə içki ilə qayıtdı. Bu səfər mənə də alkoqollu pivə içməyi təklif etdi. Mən stəkana töküb müəyyən qədər içdim.

Təqribən bir saat sonra mənə bibisi oğlunun sevgilisi ilə onlara gələcəyini dedi. Mən heç birini tanımadığım üçün yuxarı (evləri bir necə mərtəbəlidir) qalxacağımı, işlərimi bitirdikdən sonra elə orada yatacağımı dedim.

Təqribən saat 2-də ondan telefonumu format etməsini xahiş etdim (Həmin ərəfədə İnstaqram hesabım ələ keçirilmiş, adımdan seksual xarakterli postlar paylaşılan səhifələrə rəylər yazılmışdı. Telefonum də kifayət qədər pis işlədiyi üçün təhlükəsiz tədbirlərini (lazımı proqramları endirmək) düzgün yerinə yetirə bilmirdim və telefonumu format etmək məntiqli gəlirdi).

Təqribən saat 3-də artıq mən telefonumu format etmiş, yenidən lazım olan proqramları yükləyir, hesablarıma giriş etməyə çalışırdım.

Elə bu zaman mənə bibisi oğlunun gəldiyini dedi (qapı döyülmədi. Əlində telefonu var idi).

Mən isə xüsusi heç nə soruşmadan yuxarı qalxdım. Evdən çıxdığını və bir necə dəqiqə sonra yenidən evə qayıtdığını eşitdim. Evə qayıdanda aşağı (yəni mətbəxə) getmişdi. Bir necə dəqiqə sonra məni də mətbəxə çağırıb, heç kimin gəlmədiyini dedi.

Mən aşağı düşdükdə həqiqətən heç kimin olmadığını gördüm və sadəcə mənə niyə kiminsə gələcəyini dediyini soruşdum.

O isə bir-iki dəqiqə görüşdüklərini, daha sonra isə bibisi oğlunun evə girmədən qayıtdığını dedi.

Başqa heç nə soruşmaq ehtiyacı hiss etmədim, çünki həmin şəxs ilə elə bir səmimiyyətim yox idi. Açığı onda mənə şübhəli və mənasız da gəlmirdi. Lakin bibisi oğlunun narkotikdən həbs yatdığını, istifadəçi və satıcısı olduğunu sonradan öyrəndim və zənnimcə həmin gün Əsgər Ağayevin içkimə qatdığı narkotik vasitə və ya bu xarakterli dərmanı həmin şəxs vasitəsilə əldə edib.

Mən aşağı düşdükdən bir az sonra mənə başqa bir stəkanda içki uzadıb, “bunun dadına bax. Mənim xoşuma gəlmədi bu. Səncə necədi?” kimi bir cümlə qurub içməyi təklif etdi.

Sadəcə bir-iki udum alıb tamına baxdım və ondan sonra tamamilə boşluqdur. Yalnız qırıq-qırıq, aydın olmayan bəzi epizodlar xatırlayıram (hansı ki, onları xatırlamaq da qətiyyən xoş deyil).

Səhər telefonumun zəng çaldığını eşidirdim, amma təqribən 10-15 dəqiqə ərzində nə hərəkət edə bilirdim, nə də harada olduğumu anlaya.

Bir müddət sonra özümə gəldim və başımı çevirdikdə yanımda Əsgər Ağayev var idi. O gün ilə bağlı xatırladığım ən net şey ağrı və qandır.

Paltarımı geyinib aşağı düşdüm. Davamlı qışqır, onu təhqir edirdim (İfadəsində səhər ona dediklərimi qonşuların eşitmə ehtiyatını nəzərə alaraq “yuxusunda qorxunc nəsə görüb. Ona gör qışqırırdı” kimi axmaq bir yalan uydurub).

Telefonum mətbəxdə stolun üzərində idi. Əlimi götürmək üçün uzatdım, amma o məndən öncə davranıb, telefonu götürüb cibinə qoydu. Bir saat ərzində o evdə həmin iyrənc insan ilə bir yerdə qalmaq məcburiyyətində qaldım. Çünki telefonumu vermir, çıxmaq istəyəndə qarşıma keçirdi.

Həmin müddət ərzində hər şeyi öz ağzından öyrənməyə nail oldum. Davamlı mənə heç nə olmadığını, mənim qusduğumu, paltarlarımı mənə kömək etmək üçün çıxardığını deyirdi (Orada geyindiyim ev paltarları divanın üzərində və təmiz idi).

Onda hər şeyi xatırlamırdım (necə ki, indi xatırlamıram). Açığı həmin anda xatırladığım qırıq-qırıq epizodlardan da əmin deyildim, çünki insan özünü inandırmağa çalışır ki, yaşadığı şey həqiqət deyil, heç olmayıb.

Sadəcə gerçəyi bilmək üçün ona yalandan hər şeyi xatırladığım deyib, sıxışdırdım. Nəhayət mənə özü hər şeyi danışdı (onda da yalan dediyi nöqtələr var idi). Verdiyi tək açıqlama isə "mən düşündüm ki, yəqin sən də istəyərsən" oldu.

Təqribən bir saat sonra o evdən onu heç kimə heç nə danışmayacağıma inandırıb çıxdım (Sadəcə oradan çıxa bilmək üçün yalan deyirdim. Əks təqdirdə bu mümkün olmayacaqdı). Mən qapıdan çıxanda belə axşam evə getməməyimi, heç kimə heç nə deməməyimi, yenidən bura gəlməyimi tapşırırdı.

Hadisədən iki gün sonra şikayət etdim, lakin hələ də həmin şəxs azad bir şəkildə heç nə olmamış kimi həyatına davam edir.

Yasamal Rayon Prokurorluğunda cinayət işinə iki dəfə "kifayət qədər sübut olmadığı" iddiası ilə xitam verdi. Halbuki cinayət işi materiallarında şəxsin cinayəti törətdiyini sübut edən ən az 3 tibbi ekspertiza rəyi var.

Nəhayət iki gün əvvəl olan Apellyasiya Məhkəməsində iş araşdırılmağa geri göndərilib.

Əsgər Ağayevin törətdiyi cinayətə əməlinə tərəfsiz bir şəkildə hüquqi qiymət verilməli, ona dəstək olub cinayəti ört-basdır etməyə çalışan dövlət qurumları (Başdan Yasamal Rayonu Prokurorluğu, Baş Prokurorluq olmaqla) məsuliyyətə cəlb edilməli, etdikləri qanunsuzluqlara görə lazım olan reaksiyanı almalıdır”.

Tarix
2021.10.13 / 14:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla