Yuxarı

Müstəqilliyin bərpası günü İranda qeyd edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müstəqilliyin bərpası günü İranda qeyd edildi

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illik yubileyi İranda qeyd olunub.

Axar.az xəbər verir ki, Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanın İrandakı səfirliyi tərəfindən təşkil edilmiş rəsmi qəbulda bu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi və müavinləri, Tehranda akkreditə olunan diplomatik korpusun təmsilçilərin, ictimaiyyətin nümayəndələri və İranda yaşayan azərbaycanlılar iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası və qorunub saxlanılmasında misilsiz xidmətlərini vurğulayıb. Diplomat ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə və ondan sonrakı illərdə də ölkəmizin əldə etdiyi uğurlar, həyata keçirilən sosial-iqtisadi islahatlar, əldə olunan nailiyyətlər haqqında məlumat verib.

Əli Əlizadə ölkəmizin sürətli inkişafı və dinamik tərəqqisi ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində xalqımızın 30 il ərzində mübarizə apardığı əsas məqsədinə - işğal altındakı torpaqların azad edilməsi və müasir müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olduğunu bildirib. Səfir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dinamik inkişafı, xalqımızın yüksək milli ruhu və birliyi, Azərbaycan Ordusunun peşəkarlığı və mübarizliyi, eləcə də qəhrəman şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycanın işğalçı Ermənistanı Vətən müharibəsində məğlub etdiyini və ərazilərimizi azad edərək respublikamızın ərazi bütövlüyünü təmin etdiyini, erməni işğalına son qoyaraq bölgədə sülh və ədaləti bərpa etdiyini vurğulayıb.

Mərasimdə Azərbaycanın 30 il ərzində keçdiyi şərəfli tarixdən, beynəlxalq münasibətlərindən və dünya dövlətləri ilə səmərəli ikitərəfli əlaqələrindən bəhs edən səfir Əli Əlizadə qonşu ölkə olan İranla da ikitərəfli münasibətlərin inkişafının Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etdiyini və müstəqilliyin ilk günlərindən İranla bütün sahələrdə yaxın dostluq əlaqələrinin qurulduğunu bildirib.

Rəsmi hissənin başa çatmasından sonra azərbaycanlı uşaqların ifasında “Naz eləmə” rəqsi təqdim olunub, “Arşın mal alan” operettasından kiçik səhnəcik nümayiş etdirilib, “Azərbaycan” şeiri səsləndirilib. Tədbir Azərbaycan xalq və milli musiqisinin sədaları altında verilən ziyafətlə davam edib.

Tarix
2021.10.17 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika

Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla