Yuxarı

Onlayn narkotik satanlara hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlayn narkotik satanlara hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham olunan Fərid Rəhimov, Xətai Əlizadə və Tərlan Əhədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, Fərid Rəhimov və Xətai Əlizadə 13 il, Tərlan Əhədov isə 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, adıçəkilən şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Onlar İrandan Azərbaycana gətirilən narkotik vasitələrin satışını onlayn şəkildə həyata keçirirmişlər. Saxlanılan şəxslərdən ümumilikdə 10 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb.

Tərlan Əhədovun üzərindən isə 1 ədəd “Falcon sport” markalı tapança və ona aid 7 ədəd patron da götürülüb. Tərlan Əhədov narkotiki Əli adlı İran vətəndaşından aldığını bildirib.

Tarix
2021.10.21 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla