Yuxarı

Gələn həftədən intensiv yağış yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gələn həftədən intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i axşamdan 27-si gündüzədək arabir yağış yağacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Belə ki, oktyabrın 26-27-si gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, 26-da yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

Azərbaycanın rayonlarında oktyabrın 25-i axşamdan 27-si axşamadək ölkə ərazisində hava şəraitin qeyri sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Tarix
2021.10.22 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla