Yuxarı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında bir sıra istehsal müəssisələrinin açılışında və təməlqoyma mərasimlərində iştirak edib. Sənaye parkları Azərbaycanda iqtisadi inkişafın yeni drayverlərindən birinə çevrilməkdədir. Bir tərəfdən yerli tələbin ödənilməsinə töhfə verən sənaye parkları digər tərəfdən qeyri-neft ixracatının artımına dəstək olurlar.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputatın sözlərinə görə, 2025-ci ilin ilk 11 ayında qeyri-neft-qaz məhsullarının ixracı 3 milyard 317 milyon dollar olub:

“Bu o deməkdir ki, faktiki qiymətlərlə Azərbaycanın qeyri-neft-qaz ixracatı 7,3 faiz artıb. Bu artımda isə sənaye parklarının və eləcə də sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin xüsusi payı vardır. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.

Neft bazarındakı volatillik, qlobal geosiyasi risklərin gücləndiyini nəzərə aldıqda qeyri-neft-qaz ixracatınınn daha da artırılması iqtisadi şaxələnmə üçün xüsusi əhəmiyyət kəsb edir. 2026-cı ildə büdcə gəlirlərinin 57 faizi, ümumi daxili məhsulun isə 68 faizi qeyri-neft-qaz sektorunun payına düşəcək. Bu konteksdən ümumi ixracatda da qeyri-neft-qaz sektorunun payının daha da artırılması yeni dövrün əsas hədəflərindəndir”.

Tarix
2026.01.27 / 18:54
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla