Yuxarı

Emin Ağalarovun Bakıdakı şirkətləri cərimələnir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Emin Ağalarovun Bakıdakı şirkətləri cərimələnir

Xalq artisti Emin Ağalarovun Bakıdakı iki şirkəti cərimələnir. Bununla bağlı cərimə protokolunu səlahiyyət sahibi olan Azərbaycan Mərkəzi Bankı tərtib edib Nəsimi Rayon Məhkəməsinə göndərib.

Axar.az Banker.az-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (İXM-də valyuta tənzimi qaydaları pozulması) iki şirkət – “Crocus” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Breeze” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində protokol tərtib edilib.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Breeze Hotel MMC (Sea Breeze Hotel) 2010-cu ildə yaradılıb, Bakının Bilgəh qəsəbəsində dəniz kənarında yerləşən turizm kompleksidir. Otelin qanuni təmsilçisi əsas səhmdarla qohumluq əlaqələri olan Cəmilə Teymur qızı Ağalarovadır. O, həmçinin Breeze Hotel MMC ilə eyni ünvan və eyni tarixdə təsis edilən Crocus Trading MMC-yə qanuni rəhbərlik edir.

Tarix
2021.10.23 / 16:04
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

İlham Əliyev Donald Trampla danışdı

Paşinyan Trampla Qafqazdan danışdı

Xəzərin hüquqi statusu haqqında Konvensiya... - Arakçı

İlham Əliyev müharibəni də, sülhü də qazandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla