Yuxarı

Azərbaycanlı alim vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı alim vəfat etdi

Biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Xəlil Qasımov 79 yaşında vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasından məlumat verilib.

Xəlil Məmmədəli oğlu Qasımov 28 fevral 1942-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində ali təhsil alıb.

X.M.Qasımov ömrünün böyük hissəsini Respublika üçün gənc kadrların hazırlanmasına həsr edib. Uzun illər Bakı Dövlət Universitetində, Tibb Universitetində və Bədən Tərbiyəsi Dövlət Akademiyasında Biofizika və Biokimya ixtisası üzrə mühazirələr oxuyub. Xəlil Qasımovun 150 Elmi əsəri çapdan çıxıb, onların 110-u xaricdə nəşr olunub. Elmi fəaliyyətinə görə bir sıra mükafatlara, o cümlədən AMEA Rəyasət Heyətinin Fəxri fərmanına layiq görülüb.

Vəfat edənədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının rəhbəri vəzifəsində çalışırdı. Eyni zamanda Hüceyrə membranlarının fiziki-kimyəvi xassələri laboratoriyasının baş elmi işçisi idi.

Allah rəhmət eləsin!

Tarix
2021.10.24 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla