Yuxarı

Azərbaycanda bu əraziyə 25 sm qar yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu əraziyə 25 sm qar yağdı

09:06

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, ölkə ərazisində oktyabrın 25-i axşam saat 18:00 radələrindən başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi güclənib.

Oktyabrın 26-ı səhərədək düşən yağıntının miqdarı Ləzədə (Qusar) 27.0 mm, Qubada 15.0 mm, Qrızda 14.0 mm, Daşkəsən, Qusarda 18.0 mm, Xınalıqda 12.0 mm, Şahdağ, Xaltanda 11.0 mm, Altıağacda 9.0 mm, Göygöldə 8.0 mm, Gədəbəy, Lerikdə 7.0 mm, Şabran, Oğuz, Qobustanda 5.0 mm, Gəncə 4. 0 mm, Sarıbaş (Qax), Biləsuvar, Hacıqabul, Salyan, Sabirabad, Cəfərxan, Qazıməmməd 3.0 mm, Kişçay (Şəki), İsmayıllı, Ağdərədə (Ordubad) 2.0 mm, Naxçıvan, Naftalan, Şəmkir, Zaqatala, Şəki, Tərtər, Bərdə, Yevlax, İmişli, Neftçala, Göytəpə, Lənkəranda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında Maştağa, Pirallahıda 4.0 mm, Bakıda 3.0 mm, Sumqayıtda 2.0 mm olub.

Qar örtüyünün hündürlüyü Ləzə, Xınalıqda 25 sm, Qrızda 23 sm, Dəstəfurçay-Qaraqollar (Daşkəsən) 11 sm, Şahdağ, Xaltanda 3 sm, Qusarda 2 sm, Altıağac, Daşkəsəndə 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalanda 32 m/s, Tərtərdə 27 m/s, Tovuzda 24 m/s, Ağdam, Bərdədə 23 m/s, Ağstafa, Nabran, Neftçala, Gəncədə 20 m/s, Ceyrançöl, Göyçayda 18 m/s, Mingəçevir, Yevlaxda 17 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında: Bakı, Qum adasında 28 m/s, Pirallahıda 25 m/s, Neft Daşları, Çilov adası, Maştağada 24 m/s, Sumqayıtda 22 m/s, Binədə 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.5 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8°-dək isti, aran rayonlarında 11°-dək isti, dağlıq rayonlarda 6°-dək şaxta, Naxçıvan MR-da 3-10° isti olub.

Tarix
2021.10.26 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla