Yuxarı

İstismar müddəti bitmiş binalar nə vaxt söküləcək? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstismar müddəti bitmiş binalar nə vaxt söküləcək? - Video

Bakının az qala bütün qəsəbələri üzrə gedən geniışmiqyaslı tikinti işləri son illər köhnə, istismar müddəti bitmiş, qəzalı binaların da sökülməsi və onların sayının azalması ilə nəticələnib. Lakin hələ də şəhərimizdə öz istismar dövrünü başa vurmuş və sökülmə növbəsini gözləyən binalar var və belə binaların sayı 100-dən artıqdır. Bəs sovet hakimiyyəti dövründə uzunmüddətli yaşayışa hesablanmayan və bir neçə ildir istismar müddəti bitmiş binalar nə vaxt söküləcək?

Axar.az xəbər verir ki, 1963-cü ildə istifadəyə verilmiş, "Xruşşov" layihəli bu bina kimi şəhərdə 100-dən artıq bina öz istismar dövrünü başa vurub. Elə sakinlər də illər əvvəl tikilmiş bu binaların verdiyi narahatlıqdan şikayət edirlər.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Xəzər Xəbər"ə təsdiqləyib ki, müəyyən məhdud müddətdə istifadə üçün nəzərdə tutulmuş və hazırda yaşı ən azı 60-ı ötmüş binalar bir çox parametrlərinə görə normal yaşayış standartlarına cavab vermir.

Ekspert deyir ki, istismar dövrünü başa vurmuş belə binaların tikintisində istifadə olunmuş materialların yüksək radioaktivliyi də sakinlərin səhhətinə müəyyən zərərlər vurur. Belə binaların bəziləri hətta qəzalı vəziyyətdə olan binalar siyahısına da düşüb.

Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, onlar müvafiq icra hakimiyyətlərinin sifarişi ilə binalarda yoxlamalar aparıb, tikilinin vəziyyəti ilə bağlı rəy hazırlayırlar. İstismar dövrü bitmiş binaların qeydiyyatını isə icra hakimiyyətləri aparır. Bakı Şəhər Kommunal Departamentindən isə bildirildi ki, istismar dövrünün bitməsi ilə bağlı müvafiq rəylər aldıqları binaların sayı 100-dən artıqdır və onlarla bağlı Nazirlər Kabinetinə hesabat verilib.

Tarix
2021.10.26 / 09:45
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Prezident onları qəbul etdi - Foto

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla