Yuxarı

Bu yeməkləri çox yeyənlərin ağlı zəifləyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yeməkləri çox yeyənlərin ağlı zəifləyir

Sosis, qızarmış toyuq və kolbasa ilə birlikdə kartof püresi baş beyin üçün zərərlidir. Bu barədə qərarı Fransa alimləri yeni elmi tədqiqatlarının nəticəsi olaraq elan ediblər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Fransa və Almaniyada insanlar sosis və püreni çox qəbul edir. Bu ikisi dad baxımından xoş gələ bilər, amma biokimyəvi təsir baxımından qətiyyən faydalı deyil.

Alimlər 600 kişi və qadının tibbi məlumatlarını analiz ediblər. İştirakçıların orta yaş həddi 75-78 olub. Onlardan 209 nəfərinə demensiya, alzheymer diaqnozu qoyulub. Bu insanlar barədə məlumatlar 12 ili əhatə edib. Onlar qidalanmaları ilə bağlı aylıq məlumat təqdim ediblər.

Toplanmış məlumatlar göstərib ki, demensiyalı xəstələr uzun müddət və tez-tez emal olunmuş ət məhsulları, kolbasa, sosis, vetçina, paştet yeyərək, bundan da daha pisi - onları nişastalı qida, yəni kartofla birləşdiriblər. Demensiya olmayan digər qrup yaşlılar da ət məhsulu yeyib, amma onları kahı, tərəvəz, salatlarla birgə qəbul ediblər. Demensiyalı yaşlıların pirojna, tort, şirniyyat sevdiyi də ortaya çıxıb.

Tarix
2021.10.28 / 17:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Ceyhun Bayramov İsrailə səfərə dəvət edildi

Azərbaycanla İsrail memorandum imzaladı

Bayramovdan Qəzza ilə bağlı açıqlama

İsrail XİN rəhbərindən Bakıda İran açıqlaması

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Prezident Avstraliyanın general-qubernatorunu təbrik etdi

Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir

İrana hücum variantı: Ankara 3 plan hazırladı – Bəs, Bakı?

İlham Əliyev Gideon Saarı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla