Yuxarı

Paşazadə yenə status yazdı, savadsızlığı gündəm oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Cavanşir Paşazadənin növbəti paylaşımı yenidən sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Axar.az xəbər verir ki, bu dəfə də istifadəçilər C.Paşazadənin paylaşımında yenidən ciddi qrammatik səhvlərə diqqət çəkiblər.

Cavanşir Paşazadə bu dəfə qardaşı, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin və türkiyəli qonağın işğaldan azad edilən ərazilərimizdəki məscidlərə və ibadət yerlərinə səfərlərini təbliğ etməyə çalışıb, nəticədə ənənəvi olaraq savadsız bir status ortaya çıxıb.

C.Paşazadə yazıb: Əsrlər boyu xalqımız tərəfindən milli-mənəvi dəyərlərimizə hörmət, onu qoruyub yaşatmaq həmişə öncül amillərdən biri olmuşdur. Xusüsi ilə (xüsusilə - red.) dini məscidlərimizə (qeyri-dini məscid olmur – red.), ibadətkarlarımıza (ibadətgahlarımız yazmaq istəyib – red.) diqqət və qayğı milli-mənəvi dəyərlərimizin əsasını təşkil etmişdir. Bu gün bu sahənin qorunması, ona diqqət eyni zamanda dövlət səviyyəsində böyük həssaslıqla davam etdirilir. Cənab Prezidentin işğaldan azad olunan torpağlarımıza (torpaqlarımıza - red.) ailə üzvləri ilə birlikdə səfəri, səfər zamanı Ağdam və Şuşa məscidlərinə Qurani Kərimin (Qurani-Kərimi – red.) hədiyyə etməsi, bütün (Bütün - red.) Qafqazın Şeyxinin rəhbərliyi ilə Azərbaycandakı dini konvessiya (konfessiya - red.) rəhbərləri ilə birlikdə işğaldan azad olunmuş torpağlarımızda (torpaqlarımızda - red.) mövcüd (mövcud - red.) olan məscidlərə getməsi, Türkiyənin Dianet (Diyanet - red.) işlər (İşleri - red.) müdürünün (müdir - red.) qeyd olunmuş torpağlarımıza (torpaqlarımıza) səfəri, səfər zamanı Şuşa məscidindəki Azanı (azan - red.) və Namaz (namaz - red.) qılması bir daha iki qardaş xalqının (xalqın - red.) mənəvi dəyərlərinin yüksək səviyyədə qorunması deməkdir”.

Qeyd edək ki, bundan öncə də C.Paşazadə qrammatik və üslub səhvləri ilə dolu status paylaşmışdı. Daha sonra köməkçisi açıqlama verərək, statusu millət vəkilinin adından sürücüsünün yazdığını və onun artıq işdən çıxarıldığını bildirmişdi.

Maraqlıdır, görəsən, indiki səhvlərlə dolu statusu kim yazıb?

Tarix
2021.11.03 / 12:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla