Yuxarı

Ölkədə 12 yaşdan yuxarı şagirdlər vaksin olunmalıdır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə 12 yaşdan yuxarı şagirdlər vaksin olunmalıdır?

Azərbaycanda 12 yaşdan yuxarı şagirdlərin məcburi vaksinasiya olunması ilə bağlı tapşırıq yoxdur.

Axar.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Nazirlik rəsmisi söyləyib ki, Səhiyyə və Təhsil Nazirliyinin birgə yaydığı məlumat sadəcə tövsiyə xarakterlidir:

"Düşünmürəm ki, bu günə qədər həmin yaşda olan hansısa şagirdin peyvənd olunmadığına görə məktəbə buraxılmamasına dair bir fakt var. Belə hadisə olmayıb. Yenə də təkrar edirəm ki, bu, sadəcə tövsiyədir. Əgər aidiyyəti qurumlar belə bir qərar veribsə, deməli, bunun əsasında tədqiqatlar və elmi araşdırmalar dayanıb".

Qeyd edək ki, ölkədə oktyabrın 15-dən 12-15 yaşlı yeniyetmələrin vaksinasiyasına qərar verilib. Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən həmin yeniyetmələrə COVİD-19 əleyhinə "Pfizer" peyvəndi vurula bilər.

Tarix
2021.11.03 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla