Yuxarı

Qəhrəman Nail və Səfanın adına bulaq salındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Oğuz rayonunun Xaçmaz kəndində şəhid Səfa İsazadə və Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin adına salınmış bulağın açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, açılış mərasimində şəhid valideynləri, icra başçısı, igidlərimizin döyüş yoldaşları və kənd camaatı iştirak edib.

Tədbir zamanı şəhidlərin döyüş yolu ilə bağlı məlumat verilib, onların igidliyi haqda şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Qeyd edək ki, N.İbrahimli noyabrın 8-i Şuşada, S.İsazadə isə oktyabrın 14-ü Suqovuşanda şəhid olub.

Xatırladaq ki, noyabrın 8-i Oğuz rayonunun Naildən başqa daha 5 igidi - Rəvan Lətifov, Orxan Rəhimli, Elşən Əhmədli, Fərid Lillahov və Təbriz Cumuzadə Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Tarix
2021.11.08 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla