Yuxarı

Zəfər Günü: Bu hərbi qulluqçular mükafatlandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəfər Günü: Bu hərbi qulluqçular mükafatlandırıldı

Əlahiddə Ümumqoşun Orduda 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd edilib, xidmətdə və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Silsilə tədbirlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Zəfər Günü münasibətilə şəxsi heyətə təbriklərin çatdırıldığı tədbirlərdə 44 günlük müharibə ilə qazanılan Qələbədən danışılıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərlərini qazandıq, 2020-ci ildə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurduq. Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin qayğısı ilə yeni hərbi hissələrin yaradılması və mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordunun qazanılan şanlı qələbədə xüsusi payı vardır.

Çıxış edənlər müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə göstərilən qayğıdan da danışıblar.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularına müxtəlif orden və medallar, vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib.

Bayram tədbirləri Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində, Təlim-Tədris Mərkəzlərində təşkil olunan konsert proqramları ilə davam edib. Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirlərdə şəhər və rayon mədəniyyət kollektivlərinin solistləri bayram ovqatlı mahnılar ifa ediblər.

Tarix
2021.11.08 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Əliyevlə Paşinyan bu mövzularda razılığa gəldilər - Video

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

İsrail və Azərbaycan arasında memorandum imzalandı

Prezidentlər hərbçilərin birgə təlimini izlədilər - Foto/Video

Hindistanın yeni səfiri Azərbaycana gəldi - Foto

Hindistan şirkəti Bakıya uçuşları ləğv etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla