Silahlı dəstə şəhərə hücum etdi: 42 nəfər öldürüldü
00:55
| Ana səhifə Toplum |
|
Daxili İşlər Nazirliyi Samux rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Axar.az DİN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, iyulun 31-də saat 16 radələrində Samux rayonunun Bağbanlar kəndində rayon sakini Zöhrab Məmmədov "VAZ-2106" markalı avtomobili idarə edərkən, onu, körpüdən Gəncə çayına aşırıb.
Nəticədə Z.Məmmədov və sərnişinləri Maral Məmmədova, Hicran Məmmədova, Kifayət İsmayılova və Məleykə Həsənova hadisə yerində ölmüş, 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstaxanaya yerləşdirilib.
Samux RPŞ tərəfindən araşdırma aparılır.
|
Tarix
2015.08.01 / 14:32
|
Müəllif
Axar.az
|