Yuxarı

YAŞAT şəffaflığı: hamı hər şeyi izləyə bilər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAŞAT şəffaflığı: hamı hər şeyi izləyə bilər - Video

YAŞAT Fondunun hesabatlılığı ən yüksək səviyyədədir. Vətəndaşlar hesabatlar və ödənilmiş ianələr haqqında məlumat almaq üçün yashat.gov.az saytına daxil ola bilərlər. Vəsaitlərin xərclənməsi haqqında geniş məlumatın əks olunduğu “Hesabatlar” bölməsində dəstək göstərilənlər, xərclənmiş vəsaitlər və edilən ianələr haqqında ətraflı hesabatlar yerləşdirilib. Bu bölmənin "Adlı siyahı" altbölməsində ödəniş edilmiş şəxslərin ad, soyad, ata adı, ailə üzvünün qohumluq dərəcəsi, ödənişin məbləğı, ünvanı, xərc istiqaməti və s. məlumatlar əks olunur. Həmçinin həmin bölmədə ödənişə dair foto və videokeçidlər yerləşdirilib.

Bu sözləri Axar.az-a ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev YAŞAT Fondunun hesabatlılığı barədə danışarkən deyib.

“Yalnız Azərbaycandan deyil, dünyanın dörd bir yanından sözügedən portala daxil olmaqla hər kəs Fondun xərclənən vəsaitləri ilə tanış ola bilər. Bəzən sosial şəbəkələrdə YAŞAT-ın hansısa vətəndaşa indiyə qədər köməklik etməməsi və ya niyə etməməsi ilə bağlı məlumatlar paylaşılır. Şəhid ailələri və Vətən müharibəsində yaralananların hər biri diqqət mərkəzimizdədir. Onlarla əlaqə saxlanılır, problemləri araşdırılır və xərclər YAŞAT Fondu tərəfindən qarşılanır. Fərmanla YAŞAT Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində işlər görür”, - E.Niftəliyev bildirib.

Qeyd edək ki, YAŞAT Fondunun hesabatları və ödənilmiş ianələrlə bağlı məlumat almaq üçün bu linkə daxil olmalısınız.

Tarix
2021.11.11 / 08:30
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla