Yuxarı

Tarixi Xanəgah məscidi məhv olur - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunun Xanəgah kəndində yerləşən XIX əsrə aid tarixi məscid dağılmaq üzrədir. Tarixi abidənin damı və divarları uçub. Abidənin qorunub saxlanılması üçün yerli əhali əlindən gələni etsə də, zamanla güclü yağış və külək abidəni sıradan çıxarır. Sovet dövründə məscid un anbarı kimi istifadə edilib. Hazırda yerli əhəmiyyətli memarlıq abidəsi sayılır, buna baxmayaraq, məscid hələ də təmir olunmayıb.

Bu barədə Kult.az-a Xanəgah kənd sakinlərinin məlumatı daxil olub.

Kənd sakinlərinin sözlərinə görə, əvvəllər burada minbər, çoxlu kitab və sənədlər olub. Lakin zaman keçdikcə onları kimlərsə aparıb. Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət edilib. Bir neçə il əvvəl məscidin təmir ediləcəyi deyilirdi.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, sözügedən məscid Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına yerli əhəmiyyətli memarlıq abidəsi kimi daxil edilib:

“Tarixi abidənin bərpa olunmasına ehtiyac var. Məscid təmir olunması üçün investisiya planına salınıb, vəsait ayrıldıqdan sonra bərpa işlərinə başlanılacaq”.

Tarix
2021.11.19 / 11:45
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Forumun Xankəndidə keçirilməsi... – Vəliyev

Türklər Zəngəzuru bu cür ələ keçirəcək: Batum kimi...

Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video

Azərbaycanın MDB-nin iclasında iştirak etməməsi...

Əbu-Dabidəki görüş konstruktiv oldu - Hacıyev

Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

Bu məqaləni yerləşdirdik, heç kəs ayırd edə bilmədi ki... - Hacıyev

İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır

Şərqi Azərbaycanda güclü zəlzələ baş verdi

Rusiya Qafqazda müharibəyə başlaya bilməz, gücü yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla