Artıq nikaha daxil olmaq
istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən
arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı "ASAN xidmət"
mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən
əldə edə bilərlər.
Bu barədə Axar.az-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən
məlumat verilib.
Arayışın əldə edilməsi üçün nikaha daxil olmaq istəyən şəxslərin
şəxsiyyətini təsdiq edən sənədlər, nikahın qeydə alınması üçün
doldurulmuş ərizə-anketin surəti lazımdır.
Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5
iş günü müddətində verilir və bunun üçün dövlət rusumu
ödənilmir.
Məlumatda həmçinin bildirilib ki, yalnız "ASAN xidmət"
mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu
xidmətdən yararlana biləcəklər.
Qeyd edək
ki, bir neçə gün öncə Axar.az-a dövlət poliklinikalarında nikah
öncəsi tibbi analizlər üçün vətəndaşlardan pul tələb edilməsi ilə
bağlı şikayət daxil olmuşdu.
Toy öncəsi tibbi müayinədən keçən gənclərdən biri (adının
hallanmasını məlum səbəbdən istəmədi – red.) ötən ilin may ayında
yeni binası istifadəyə verilən Yasamal rayonundakı 39 saylı şəhər
poliklinikasında tibbi müayinəyə gedən gənclərdən cavablar üçün pul
tələb edildiyini bildirmişdi.
"ASAN xidmət"in tərkibində bu xidmətin göstərilməsi daha bir
sahədə rüşvətin kökünün kəsilməsinə səbəb oldu.