Yuxarı

SN-TƏBİB dilemması: ADC kimə müraciət edəcəyini bilmir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SN-TƏBİB dilemması: ADC kimə müraciət edəcəyini bilmir

Bu gün Azərbaycan Diabet Cəmiyyətinin (ADC) təşəbbüsü ilə Trend İnformasiya Agentliyində “Diabet həftəsi” çərçivəsində mətbuat konfransı keçirilib.

Axar.az xəbər verir ki, konfransda çıxış edən ADC-nin sədri Möminət Ömərova Azərbaycanda şəkərli diabet xəstələrinin sayının getdikcə artdığını bildirib:

“ADC Azərbaycanda diabet xəstələrinə qayğı göstərilməsi, bu xəstəliyin qarşısının alınması üçün mümkün olan addımları atır. Son statistikaya görə, hazırda dünyada 537 milyon insan şəkərli diabetdən əziyyət çəkir. Bu isə ötən illərlə müqayisədə çox ciddi artımdır. Azərbaycanda aşkar diabet xəstələrinin sayı 283 mindir. Bu statistikaya hələ aşkar olunmayan xəstələri də əlavə etməliyik və onlar aşkar olunanların yarısı qədərdir. Son illər bu xəstəliyin aradan qaldırılması üçün dövlət səviyyəsində tədbirlər görülür. Bu, müsbət haldır”.

M.Ömərovanın sözlərinə görə, hazırda dünyada və ölkəmizdə diabet xəstələri üçün keyfiyyətli insulinin tapılmaması problemə çevrilib:

“Bu problemdən xüsusən bölgələrimizdə yaşayan diabet xəstələri əziyyət çəkirlər. Rayonlardan bizə gələn şikayətlərdən belə aydın olur ki, apteklər bu xəstələrə bir növ insulin verirlər. Bu, çox risklidir. Əvvəllər sözügedən problemlərlə bağlı Səhiyyə Nazirliyinə müraciət edirdik. İndi bizə bildirilir ki, dövlət proqramı artıq TƏBİB-in nəzarətindədir. İndi vəziyyət elədir ki, problemin həlli üçün kimə müraciət edəcəyimizi bilmirik”.

Konfransda çıxış edən ATU-nun Tədris Terapevtik Klinikasının Şəkərli diabet şöbəsinin müdiri, həkim-endokrinoloq Sevil Mustafayeva deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Diabet Federasiyasının çağırışına əsasən, bütün şəkərli diabet xəstələri üçün keyfiyyətli insulindən istifadə edilməlidir:

“Bu çağırışı davam etdirərək, 2019-cu ilin noyabr ayında “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində Heydər Əliyev Fondu Azərbaycanda şəkərli diabet xəstəliyi olan 1600-ə qədər uşağa 1 illik ən yeni və ən bahalı uzunmüddətli insulin hədiyyə etdi. Bu layihə ADC-yə həvalə olunmuşdu. 2020-ci ilin yanvar ayından böyük bir həkim komandası bu insulinləri paylamağa başladı. Azərbaycanın hər rayonunu qarış-qarış gəzdik. Valideynlərlə görüşdük, onların problemi ilə maraqlandıq, təlimlər keçirdik. Məlum oldu ki, bölgələrimizdə diabetli uşaqların valideynlərinin bu istiqamətdə maariflənmələrinə ciddi ehtiyac var. Layihəni 2021-ci ilin əvvəlində bitirdik. Səhiyyə Nazirliyinin təşəbbüsü ilə layihə davam etdi. Həmin uşaqlara ən keyfiyyətli və bahalı insulin paylanması indi də davam edir”.

Konfransın davamında KİV nümayəndələrini sualları cavablandırılıb.

Tarix
2021.11.23 / 17:07
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla