Yuxarı

Yeni nazir müavinləri kimdir? - Dosye

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni nazir müavinləri kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan gənclər və idman nazirinin müavinləri təyin ediliblər.

Axar.az xəbər verir ki, İndira Hacıyeva əmək fəaliyyətinə 1982-ci ildə Elmlər Akademiyası Kosmik Tədqiqatlar ETB-nin Yer Ehtiyatları Kosmik Tədqiqatlar İnstitutunda mühəndis kimi başlayıb. Müxtəlif dövlət orqanlarında çalışıb.

2000-2001-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin İctimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsində müdir, 01.06.2001-01.09.2001 tarixdə Gənclər, İdman və Turizm Nazirliyinin Uşaq və Gənclərlə iş üzrə Baş İdarəsinin Uşaqlarla iş şöbəsində baş təlimatçı və şöbə rəisi, 2003-2006-cı illərdə isə Gənclər, İdman və Turizm Nazirliyinin Uşaq və gənclərlə iş üzrə şöbəsinin Uşaqlarla iş sektorunun müdiri vəzifəsində çalışıb. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Baş məsləhətçi, 2009-2012-ci illərdə Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun müdiri olub.

2012-ci il tarixdən nazir müavini təyin olunanadək Nazirliyin Gənclərlə iş şöbəsinin müdiri olub.

Digər nazir müavini vəzifəsinə təyinat alan Mariana Vasileva isə 1974-cü ildə dünyaya gəlib. O, Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi işləyib.

Tarix
2021.11.29 / 17:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla