Yuxarı

Paşayeva MN-in İŞ üzvləri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva MN-in İŞ üzvləri ilə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mədəniyyət Nazirliyi İctimai Şurasının bir qrup üzvü ilə görüşüb.

Axar.az xəbər verir ki, Mədəniyyət Nazirliyi İctimai Şurasının sədri Gəray Əlibəyov, şura sədrinin müavini Şahin Qədirov, Şura üzvü Samirə Mustafayeva şuranın gördüyü, görməyi planlaşdırdığı işlər, ölkənin mədəniyyət təsərrüfatında müşahidə olunan müxtəlif məsələlər - uğurlar, problemlər və mədəniyyət işçilərinin, incəsənət xadimlərinin qayğıları, müraciətləri, təşəbbüs və təklifləri ilə bağlı fikirlərini bölüşüb.

Komitə sədri bu görüşün Mədəniyyət Nazirliyi İctimai Şurasına seçkilərdən sonra ilk dəfə baş tutduğunu, gələcəkdə belə fikir mübadilələrini müntəzəm şəkildə keçirməyin ümumi işə faydalı olacağını bildirib, onları məsuliyətli vəzifəyə seçkilərdə uğur qazandıqlarına görə təbrik edib.

Q.Paşayeva yaxın vaxtda Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi və İctimai Şuranın birgə toplantısını keçirməyi təklif edib.

Komitə sədri şura üzvlərinə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb.

Görüşdə Komitənin əməkdaşı və Mədəniyyət Nazirliyi İctimai Şurasının sədr müavini Əkbər Qoşalı, RHİM İB sədri Arzu Bağırova, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva iştirak edib.

Tarix
2021.12.05 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla