Yuxarı

FHN-dən minatəmizləmə əməliyyatı ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-dən minatəmizləmə əməliyyatı ilə bağlı açıqlama

Hazırda işğaldan azad olunmuş Ağdam rayonu ərazisində bizə təhkim olunmuş sahədə minalardan və partlamamış hərbi sursatların tam təmizlənməsi tapşırığını yerinə yetiririk. Əməkdaşlarımız bu çətin işin məsuliyyətini və əhəmiyyətini tam dərk edərək bu əməliyyatları yüksək dəqiqliklə həyata keçirirlər.

Axar.az xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə alayının taqım komandiri, baş leytenant Səbuhi Sarıyev Ağdam rayonu ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı Azərtac-a müsahibəsində deyib.

Bu mühüm tapşırığın yerinə yetirilməsi üçün var gücləri ilə çalışdıqlarını vurğulayan S.Sarıyev qeyd edib:

“Şəxsi heyət verilən tapşırıqları nizam-intizam və təhlükəsizlik qaydalarına ciddi riayət edərək həyata keçirir. Şəxsi heyət hər hansı partlamamış sursat və mina tapdıqda dərhal komandirə məruzə edir. Biz də aidiyyəti qurumları dərhal məlumatlandırırıq. Əsas tapşırıq otuz ilə yaxın davam edən işğaldan azad olunan doğma torpaqlarımızın mina və partlamamış sursatdan ən qısa zamanda tam təmizlənərək təhvil verilməsidir. Bu istiqamətdə əməliyyatlar uğurla davam etdirilir”.

Tarix
2021.12.06 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniyanın Azərbaycana investisiyası nə qədərdir?

Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış

Bayramov İshaq Darla ABŞ-İran razılaşmasını müzakirə etdi

Azərbaycan və İran arasında mühüm müzakirə...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İsveç səfirinin diplomatik fəaliyyəti başa çatdı

Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?

Bayramov banqladeşli həmkarı ilə danışdı

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla