Yuxarı

Bu ərazilərimizə qar yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazilərimizə qar yağdı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, ölkə ərazisində səhər saatlarına olan məlumata əsasən yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə qar yağıb, Bakıda və Abşeron yarımadasında sulu qar, qar yağması müşahidə olunur.

Düşən yağıntının miqdarı Lerikdə 10.0 mm, Neftçalada 7.0 mm, Lənkəran, Xaçmazda 5.0 mm, Yardımlı, Astarada 4.0 mm, Biləsuvar, Şabran, Quba, Xaltanda 3.0 mm, Şahbuz, Ağdərə (Ordubad), Altıağac, Qusarda 2.0 mm, Naxçıvan, Şərur, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Şəki, Qrız, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 15.0 mm (aylıq normanın 44%-i), Binədə 14.0 mm (aylıq normanın 48%-i), Bakıda 9.0 mm (aylıq normanın 30%-i), Pirallahıda 5.0 mm, Sumqayıtda 2.0 mm, Neft Daşları, Çilov adasında 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ləzədə 20 sm, Daşkəsəndə 16 sm, Qrızda 15 sm, Göygöldə 12 sm, Xınalıq, Ağdərədə (Ordubad) 10 sm, Qusar, Xaltan, Altıağacda 9 sm, Sarıbaşda (Qax) 8 sm, Yardımlıda 6 sm, Lerik, Şabranda 4 sm, Şərurda 2 sm, Kişçay (Şəki), Şahbuzda 1 sm olub.

Qərb küləyi arabir Xınalıqda 20 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2°-dək isti, aran rayonlarında 0-4° şaxta, dağlıq rayonlarda 8-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, Naxçıvan MR-da 3-6° şaxta olub.

Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı, şaxtalı hava şəraiti dekabrın 25-dək davam edəcək. Dekabrın 25-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, temperaturun tədricən yüksələcəyi, mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Tarix
2021.12.24 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan

Deqati Makrona məktub yazdı: Vətənimdə qətliamdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla