Yuxarı

Britaniya Qrenlandiyaya cəmi bir hərbçi göndərdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya Qrenlandiyaya cəmi bir hərbçi göndərdi

Böyük Britaniya Danimarkanın müraciəti əsasında “Arktika dözümlülüyü” (Arctic Endurance) adlı hərbi təlimlərin hazırlığında iştirak etmək üçün öz Silahlı Qüvvələrinin nümayəndəsini Qrenlandiyaya göndərib.

Axar.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Keyr Starmerin ofisi məlumat yayıb.

Bildirilir ki, britaniyalı hərbçi təlimlərin başlanması ərəfəsində adaya göndərilmiş NATO üzvü olan digər ölkələrin hərbi qulluqçularından ibarət qrupa qoşulacaq.

Starmerin ofisinin nümayəndəsi qeyd edib ki, rəsmi London ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya Çin Xalq Respublikası və Rusiya tərəfindən mövcud olan təhlükə ilə bağlı narahatlığını bölüşür.

“Biz Prezident Trampın Uzaq Şimalda təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlığını bölüşürük. NATO və Birləşmiş Ekspedisiya Korpusu Uzaq Şimalda təhlükəsizliyi gücləndirir”, – deyə o vurğulayıb.

Britaniya hökumətinin nümayəndəsi əlavə edib ki, bu təlimlərin keçirilməsi Qrenlandiyanın təhlükəsizliyinin artırılmasının yollarından biridir.

Tarix
2026.01.15 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla