Yuxarı

Rusiyada Azərbaycan vətəndaşı həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada Azərbaycan vətəndaşı həbs olundu

Rusiyanın Milli Antiterror Komitəsi dekabrın 27-də Pyatiqorsk şəhərində terror aktı törədənlərin yaxalandığını açıqlayıb.

Həbs olunanlardan biri Azərbaycan vətəndaşıdır.

Dekabrın 27-də Pyatiqorsk şəhərində avtomobil müfəttişliyinin binası qarşısında içərisində bomba yerləşdirilmiş avtomobil partladılıb. Nəticədə üç nəfər həlak olub, müfəttişliyin binası dağılıb.

Komitənin açıqlamasında bildirilir ki, hüquq-mühafizə orqanları qısa zamanda terror aktını törədənlərin izinə düşüb. Partlayışı törətməkdə şübhəli bilinən Ramazan və Vladimir Xalizovlar, Maqomed İbrahimov və Azərbaycan vətəndaşı Murad Qeybulla oğlu Atayev saxlanılıb.

Saxlanılanlar artıq törətdikləri əməli etiraf ediblər və bildiriblər ki, daha irimiqyaslı terror aktına hazırlaşırdılar. Saxlanılanlar barəsində cinayət işi qaldırılıb, detallar açıqlanmır.

Pyatiqorskda partladılan partlayıcı qurğunun gücü 50 trotil ekvivalentinə bərabər olub. Bu hadisədən üç gün sonra, dekabrın 30-da Volqoqradda eyni gücdə partlayıcı ilə terror aktı törədilib. Nəticədə 30-dan çox adam həlak olub. ("Virtualaz.org")

Tarix
2014.01.10 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla