Yuxarı

“Gelandevagen” sürücüsü kasıbları təhqir etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Gelandevagen” sürücüsü kasıbları təhqir etdi - Video

Daxili İşlər Nazirliyi Bakıda aztəminatlı ailələri təhqir edərək küçədə yüksək sürətlə hərəkət edən “Gelandevagen” sürücüsü ilə bağlı araşdırmalara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə nazirliyin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. O bildirib ki, hazırda həmin avtomobilin müəyyən edilərək saxlanılması ilə bağlı araşdırmalar aparılır. Araşdırmalardan sonra sürücü barədə qanunamüvafiq qaydada tədbir görüləcək.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda “Gelandevagen” idarə edən şəxsin aztəminatlı şəxsləri təhqir etməsi barədə video yayılıb. Sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib:

“Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib, günorta yeməyinə duran adamlar. Dağılışın!”

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi görünür.

Tarix
2022.01.11 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla