Yuxarı

“Nar+” tətbiqi yeniləndi!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar+” tətbiqi yeniləndi!

Hesab üzərində bir çox əməliyyatları yerinə yetirməyə imkan verən “Nar+” tətbiqinə abunəçilərin rahatlığı üçün yeni funksiyalar əlavə edilib. Belə ki, istifadəçilər artıq “mənə zəng et” və “pul sorğusu” əməliyyatlarını əlavə SMS göndərmək ehtiyacı olmadan, tətbiq üzərindən asanlıqla yerinə yetirə biləcəklər. Bunun üçün ana səhifədən “kömək üçün sorğu” bölməsinə daxil olub lazım olan sorğu növünü seçərək qarşı tərəfin nömrəsini daxil etmək kifayətdir.

Axar.az xəbər verir ki, “Nar+” tətbiqi hesabı daha asan idarə etməyə və bir çox mühüm əməliyyatları bir neçə saniyədə yerinə yetirməyə imkan verir. Bu tətbiqlə abunəçilər tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər. Abunəçilər müxtəlif sorğuları ilə bağlı onlayn çat xidmətinə də müraciət edib suallarını ünvanlaya bilərlər. Qeyd edək ki, ötən illə müqayisədə tətbiqdən yararlanan “Nar” abunəçilərinin sayı 80% artıb.

Yenilənmiş “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 99,9%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2022.01.14 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla