Yuxarı

Kamal Abdulla Xorvatiyanın səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla Xorvatiyanın səfiri ilə görüşdü

Azərbaycan Dillər Universitetində Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Branko Zebiçlə görüş keçirilib.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, səfiri universitetdə görməkdən məmnun olduğunu bildirib. Diplomata Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən mərkəzlər haqqında məlumat verilib.

Qeyd olunub ki, ölkələr arasında sıx iqtisadi və siyasi əlaqələr mövcuddur. Rektor əlaqələrin bundan sonra da ən yüksək səviyyədə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

“Səfir saatı” layihəsi haqqında danışan akademik Kamal Abdulla qonağı bu layihədə iştirak etməyə dəvət edib. Qeyd olunub ki, layihədə səfirlər həm öz ölkələri, həm də Azərbaycan haqqında müəllim və tələbələrə mühazirələr oxuyurlar, fikir mübadiləsi aparırlar.

Görüş zamanı ADU-da 20-ə yaxın xarici dilin öyrənildiyi diqqətə çatdırılıb. Rektor xorvat dilinin də tədris olunacağına ümidvar olduğunu söyləyib. ADU-da Xorvat dili mərkəzinin yaradılması, həmçinin Xorvatiyada da Azərbaycan dili mərkəzinin yaradılması təklif olunub.

Səfir Branko Zebiç göstərilən qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycanla Xorvatiya arasında diplomatik münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd olunub ki, Xorvatiya ilə Azərbaycan tarix baxımından bir-birilərinə yaxın ölkələrdir. Hər iki ölkənin həssas bir coğrafiyada yerləşməsi diqqətə çatdırılıb. Həmçinin ölkələr arasında təhsil, turizm, idman sahələrində əlaqələrin qurulmasının vacibliyi önə çəkilib. “Səfir saatı” layihəsində böyük məmnuniyyətlə iştirak etmək niyyətində olduğunu bildirən səfir dəvətə görə xüsusi təşəkkür edib.

Səfir qarşıda geniş imkanların olduğunu bildirib. Xorvat dilinin tədris olunmasına olan maraqdan danışılıb. Qeyd olunub ki, hər iki ölkə arasında müəllim və tələbə mübadiləsi mümkün imkanlardan biridir.

Daha sonra Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış olub.

Tarix
2022.01.14 / 17:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

Putinin Azərbaycanla bağlı planı məhv oldu - Səfəryan

Macarıstan Qarabağda bu kəndin bərpasına 30 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla