Yuxarı

“Əxlaqsızlıq yuvalarına dindarlar rəhbərlik edir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əxlaqsızlıq yuvalarına dindarlar rəhbərlik edir”

Ölkədə dini pərdə altında nə qədər əxlaqsızlıqlar, qələtlər edirlər. Azərbaycanda əxlaqsız yuvaların bir çoxuna dindarlar rəhbərlik edir.

Axar.az xəbər verir ki, bu sözlərlə partiya sədri Hafiz Hacıyev növbəti qalmaqallı açıqlamasını verib.

Modern.az-da "Siyasətçi və din" rubrikasının qonağı olan Hacıyev hesab edir ki, dini pərdə altında çox xoşagəlməz hallar baş verir: "Mən bu iyrənclikləri görürəm və açıq şəkildə deyirəm.

Onların içərisində tanınan dindarlar, ilahiyyatçılar da var. Sözü deyirəm, hərə öz payını götürəcək. Bəzi dindarlarımız çirkli yollarla qazandığı pullarla bir neçə villaya, var-dövlətə sahibdirlər".

H.Hacıyevin sözlərinə görə, Azərbaycanda dinlə məşğul olan elə tanınmış insanlar var ki, əxlaqsız hərəkətlərlə məşğuldur:

"Yoxlasan, birinin 5-6 arvadı var. Din axı buna icazə vermir. Azərbaycanda dindən kapital kimi istifadə edirlər. Molla tanıyıram ki, axşama kimi alkaşlıqla məşğuldur. Bunları mən gözümlə görmüşəm. Onların içərisində mənim tanışım olan adamlar da var".

O, cənnət-cəhənnəmə inanmadığını söyləyib: "İnsan ölürsə, onu aparıb qəbirə qoyurlar. O qəbir rəhmətə gedənin məkanıdır. Vəssalam. Həmin qəbiri bir ildən sonra qazsan, ölü elə həmin yerdə olur.

Cənnət və ya cəhənnəm varsa, onu qəbirdən götürüb apararlar. Cənnət, cəhənnəm boş söhbətdir.

İnsan öləndən sonra onu yandırmaq da olar. Bu dünyada məni sorğu-suala çox çəkiblər. Burda nə cür cavablar vermişəmsə, o biri dünyada da lazımi cavablar verərəm.

Öləndən sonra istəyirlər aparıb məni dənizə tullasınlar, balıqlara yem olum. Ya da elə yerə atsınlar ki, qurd-quş, vəhşi heyvanlar mənim cəsədimi yesinlər. Ya da yandırsınlar. Mənim üçün fərqi yoxdur".

Hacıyev içkini haram saymayıb: "Elə onu deyən mollalar, onların başında dayananlar lap alkaşın yekəsidirlər. Səslərini çıxarsalar, tarixi ilə sübut edə bilərəm ki, hansı xarici dövlətdə nə qədər konyak içiblər".

Tarix
2015.08.17 / 22:07
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla