Yuxarı

Qarabağa 18 yaşdan yuxarı şəxslər gedə bilər - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağa 18 yaşdan yuxarı şəxslər gedə bilər - Nazirlik

İşğaldan azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə ilkin mərhələdə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları bilet ala bilər. 18 yaşdan aşağı vətəndaşlara azad edilmiş ərazilərə valideynlərin müşayiəti ilə də getməyə icazə verilmir.

Axar.az xəbər verir ki, bunu Trend-ə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, hər bir sərnişin fərdi qəza sığortası ilə təmin edilir:

“Avtobus reysinə bilet almış sərnişin müvafiq olaraq sığortalanmış sərnişin hesab edilir”.

Nazirin müşaviri deyib ki, Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması” qaydalarının 6-cı bəndində bilet satışının təşkili, gediş haqqının ödənilməsi qaydası şərtləri müəyyən edilib:

“Belə ki, şəhərlərarası müntəzəm marşrut xətti üzrə bilet almış sərnişin avtobusa gecikdikdə və ya avtobusun yola düşməsinə 15 dəqiqədən az qalmış vaxtda gedişdən imtina etdikdə, 2 saat ərzində, xəstəlik və ya bədbəxt hadisə baş verdikdə isə müvafiq sənədi təqdim etməklə 3 gün ərzində biletin dəyərinin 25 faizini əlavə ödəməklə həmin marşrut üzrə digər avtobus reysinə dəyişə və ya biletin dəyərinin 25 faizini çıxmaqla ödənilmiş məbləği geri ala bilər”.

R.Bayramov əlavə edib ki, işğaldan azad olmuş ərazilərə müntəzəm marşrut xətləri şəhərlərarası sərnişindaşımaya aid olduğundan qeyd edilən qaydalar şamil edilir.

Qeyd edək ki, azad edilmiş ərazilərə təşkil olunan avtobus reyslərinə biletləri YolumuzQarabaga.az portalı vasitəsilə yalnız onlayn rejimdə almaq olar.

Tarix
2022.01.21 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla