Yuxarı

Gömrük Akademiyasının əməkdaşlarına sertifikatlar verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrük Akademiyasının əməkdaşlarına sertifikatlar verildi

Dövlət Gömrük Komitəsinin Akademiyasında Türk Standartları İnstitutu (TSE) tərəfindən keçirilən ISO 45001:2018 “Peşə sağlamlığı və əməyin mühafizəsi” təlimlərini uğurla başa vuran əməkdaşlara sertifikatlar təqdim olunub.

Akademiyadan Axar.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Akademiyasında əməyin mühafizəsi, təhlükəsizlik texnikasının təmin olunması sahələrində fəaliyyətin ISO (International Organization for Standardization) standartlarının tələblərinə uyğun səviyyədə təşkil olunması məqsədilə struktur bölmələrin əməkdaşları üçün ISO 45001:2018 “Peşə sağlamlığı və əməyin mühafizəsi” təlimləri təşkil olunmuşdur. Təlimlər Türk Standartları İnstitutunun (TSE) Azərbaycan təmsilçiliyi ilə əməkdaşlıq çərçivəsində TSE-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arzu Gülhan Yüzereroğlu tərəfindən keçirilib.

Təlimləri uğurla bitirən Akademiya əməkdaşlarına ISO 45001:2018 standartı üzrə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Gömrük Akademiyası bir neçə gün öncə ISO 45001:2018 “Peşə sağlamlığı və əməyin təhlükəsizliyi” standartı üzrə 2 gün ərzində davam edən sertifikatlaşdırma auditi prosesindən də uğurla keçib.

Tarix
2022.01.26 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla