Yuxarı

Qar yağacaq, temperatur 8 dərəcə düşəcək – Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qar yağacaq, temperatur 8 dərəcə düşəcək – Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 10-u səhərdən 11-dək şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 10-u axşam, 11-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında fevralın 10-u günün ikinci yarısı qərb rayonlarından başlayaraq 11-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək. Fevralın 11-də gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

Tarix
2022.02.09 / 17:52
Müəllif
Axar.az
Digər xəbərlər

İran səfiri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Almaniya kansleri ilə danışdı

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla