Yuxarı

Oğuzda avtomobil çaya düşdü: 3 ölü, 3 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğuzda avtomobil çaya düşdü: 3 ölü, 3 yaralı

16:05

Oğuzda ağır yol qəzasında 3 nəfər ölüb, daha 3 nəfər ağır xəsarət alıb.

Axar.az-ın Report-a istinadən məlumatına görə, günorta saatlarında baş verən qəza zamanı ağır xəsarət alan yaralılardan biri, 2018-ci il təvəllüdlü Eldar Elmar oğlu Məmmədov müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, hadisə günorta saat 15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 129-cu kilometrliyində, yolun Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Şəki şəhər sakini Elmar Eldəniz oğlu Məmmədov idarə etdiyi “Reno Meqan" markalı, 99 NL 192 dövlət nömrə nişanlı minik avtomobil ilə Oğuz istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsini Daşağıl körpüsü yaxınlığında aşırıb. Qəza zamanı sürücü və avtomobildə sərnişin qismində olan baldızı, 2003-cü il təvəllüdlü Xadicə Ağəli qızı İsmayılova aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişinlər - sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Günel Ağəli qızı Məmmədova, övladları 2018-ci il təvəllüdlü Eldar Elmar oğlu Məmmədov və qardaşı 1999-cu il təvəllüdlü Elmin Eldəniz oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan azyaşlı Eldar Məmmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2022.02.13 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla