Yuxarı

Dayısının məzarından oğurluq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dayısının məzarından oğurluq etdi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 11 nəfər rayon sakini saxlanılıb.

Bu barədə Axar.az-a Daxil İşlər Nazirliyindən məlumat verilib.

Aparılan araşdırmalarla onlardan üçünün oğurluq əməlinin də üstü açılıb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş B.Verdiyev saxlanılıb. Araşdırmalarla onun ayrı-ayrı vaxtlarda və rayonun müxtəlif ərazilərində 7 avtomobildən maqnitafon oğurladığı müəyyən edilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə Lənkəran rayonunun Kərgəlan kənd qəbiristanlığından dayısının məzarının ətrafına çəkilmiş 200 manat dəyərində dəmir məhəccərləri oğurlayan R.Mirzəyev və rayon ərazisindəki evlərdən birindən 340 manat pul oğurlayan R.Mahmudov saxlanılıblar. Şəxsi axtarış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Bundan əlavə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər rayon sakini – N.Mustafayev, N.Ağayev, A.Həsənzadə, N.Məmmədov, V.Rəcəbov, V.Babayev, A.Bayramzadə və R.Nəsirov saxlanılıb. Şəxsi axtarış zamanı hər birinin üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Tarix
2022.02.14 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla