Yuxarı

Borclarınızı onlayn öyrənin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə xidmətlərinə görə borcun olub-olmaması arayışını elektron formada almaq olacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, borcları öyrənmək üçün artıq Telefon qovşaqlarına müraciət etməyə ehtiyac yoxdur.

"Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış" elektron xidmətindən istifadə edərək borc barədə arayış formalaşdıra bilərsiniz. Bunun üçün "Elektron hökumət" portalına girişinizin (kod/parol) olması kifayətdir.

Təqdim olunan elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, qeydiyyatda olduğu ünvan, ünvanda qeydiyyatda olan telefon nömrəsi və hansı tarixə rabitə borcunun olmaması barədə məlumat öz əksini tapacaq.

Qeyd edək ki, ötən ay ərzində "Elektron hökumət" portalı vasitəsilə "Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış" elektron xidmətindən 1064 dəfə istifadə edilib.

Tarix
2015.08.28 / 18:06
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bir-iki aya Azərbaycanı tərk edəcəyəm - İsrail səfiri

Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşdü

Bayramov Nəhyanla regionu müzakirə etdi

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla