Ana səhifə Toplum |
“Palmali” Şirkətlər Qrupu Türkiyədə oxuyan 100 azərbaycanlı tələbəni dəstəkləmək üçün təqaüd proqramına davam etdiyini elan edib.
Axar.az xəbər verir ki, bu barədə holdinqdən açıqlama yayılıb.
Bildirilib ki, təqaüdlər 2022-2023-ci il tədris ilini əhatə edəcək.
Bu təqaüd proqramının əsas məqsədi hazırki bakalavr və magistratura tələbələrinə maliyyə dəstəyi göstərmək, layiq olan tələbələrin təhsillərini davam etdirməsini təşviq etməkdir.
2022-2023 tədris ilinin ümumi bölgüsü Təqaüd Komitəsi tərəfindən təqdim olunan müraciətlərin qiymətləndirilməsi əsasında müəyyən edilir.
Təqaüd üçün 100 azərbaycanlı tələbə bu meyarlarla seçiləcək:
* Tədris ilindən bir il əvvəlki ili yüksək bal və dərəcə ilə bitirən tələbələr
* Şəhid ailəsinin üzvləri olan tələbələr
* Qarabağ müharibə veteranlarının ailəsindən olan tələbələr
* Maddi vəziyyəti çətin olan tələbələr.
“Palmali”nin yeni təqaüd proqramına qeydiyyat 2022-ci il aprel ayının 1-30 tarixləri arasında aparılacaq.
Proqramda iştirak etmək istəyən tələbələr tələb olunan sənədləri [email protected] elektron poçtuna göndərməlidirlər. Sənədlərin yoxlanmasından sonra seçilmiş 100 tələbəyə təqaüd verilməsi növbəti tədris ilində başlayacaq.
Xatırladaq ki, bu, “Palmali Holdinq” tərəfindən azərbaycanlı tələbələrə verilən ilk təqaüd proqramı deyildir.
Tarix
2022.03.18 / 10:36
|
Müəllif
Axar.az
|