Yuxarı

Qarabağ atları hərrac yolu ilə satışa çıxarılır - İlk

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə Kənd Təsərrüfatı Nazirliyinə məxsus Aqroservis ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ cins atları hərrac yolu ilə satışa çıxarılacaq.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, aprelin 15-də keçiriləcək hərracda həm yerli, həm də xarici təsərrüfat sahibləri, sahibkarlar iştirak edə bilərlər. Satışda yüksək potensiala malik xüsusi seçilmiş atlar olacaq. Bununla yanaşı kompleksdə Qarabağ atları haqqında canlı və interaktiv məlumatlar veriləcək. Atların satışı son qiymətə uyğun rəsmiləşdiriləcək və onlar sığortalanacaq.

Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır. Kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir. Bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərin operativliyi və şəffaflığı təmin edilir.

Tarix
2022.04.05 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda APA-nın iclası başladı

AZAL təyyarəsi ilə bağlı hesabat bu tarixdə veriləcək - Lastayev

İlham Əliyev Xankəndiyə getdi

AB-nin Ukraynaya 700 milyardlıq yardımı realdırmı?

Zelenski Ərdoğana sığındı: Türkiyə meydana girir

Mehriban Əliyevadan Ağdam paylaşımı - Video

İran parlamentinin sədri Bakıya gəldi

Kremldən Bakıya təklif: Bunu təhlil edin

Azərbaycanın müdafiə arsenalına nə qədər ziyan vurulub?

ABŞ və Rusiya 5 saata 5 razılıq əldə etdi - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla