Yuxarı

Füzulinin daxili yolları – Yeni video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzulinin daxili yolları – Yeni video

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Füzuli şəhərinin daxili yollarının tikintisini sürətlə davam etdirir.

Axar.az agentliyə istinadən xəbər verir ki, layihə üzrə I mərhələdə ümumilikdə 18,5 km uzunluğa malik 12 küçənin tikintisi aparılır.

İnşa edilən küçələr boyunca yararsız qrunt qazılaraq çıxarılır, əvəzində yararlı material ilə əks-dolğu işləri aparılaraq yeni torpaq yatağı inşa edilir.

Ardınca hamarlaşdırıcı qatın, əsasın alt və üst qatının tikintisi yerinə yetirilir. Yol əsası hazır olan ərazilərdə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Layihə üzrə inşa edilən piyada səkilərinin kənarlarına səki daşlarının düzülməsi, səkilərə tamet daşların döşənməsi, işıq dirəklərinin quraşdırılması işləri də yerinə yetirilir. Bundan başqa küçələr boyu yeni yaşıllıqlar salınır, kol və ağaclar əkilir.

Küçələr boyu Füzuli şəhərinin kommunikasiya xətlərinin (su, kanalizasiya, yağış suları boruları, qaz, rabitə və elektrik xətləri) tikintisi işləri də icra olunur.

"Işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, Füzuli şəhərinin daxili yollarının tikintisi l mərhələdə 30% yerinə yetirilib.

Tarix
2025.02.19 / 09:31
Müəllif
Axar.az
Digər xəbərlər

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

ŞƏT-ə sədrlik bu ölkəyə keçdi

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

ŞƏT sammiti: 30-dan çox sənəd imzalandı

İlham Əliyev Pelleqrinini təbrik etdi

İlham Əliyev “Irıs Ordo” Konqres Mərkəzində... - Foto

İlham Əliyev Narenda Modi ilə görüşdü - Foto

Ceyhun Bayramov Bişkekdə Arakçı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla