Yuxarı

AB-nin Ukraynaya 700 milyardlıq yardımı realdırmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

AB-nin Ukrayna üçün 700 milyard avro dəyərində nəhəng yardım paketi hazırlamaq təklifini Almaniya xarici işlər naziri Annalena Berbokun irəli sürməsi onun reallaşma ehtimalını azaldır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, fevralın 23-də Almaniyada seçkilər keçiriləcək və Berbokun təmsil olunduğu komandanın hakimiyyətdə qalmaq şansı çox azdır:

“Ən azı yaxın gələcəkdə Avropada belə bir yardım paketinin hazırlanması inandırıcı deyil”.

İqtisadçının fikrincə, Ukraynanın əsas problemi təkcə vəsait deyil, həm də hərbi qüvvə çatışmazlığıdır:

“Ukraynaya yalnız maliyyə dəstəyi deyil, ordu da lazımdır. Döyüşən insanların sayı getdikcə azalır, itkilər çoxdur. Tutaq ki, lazım olan məbləğ ayrıldı, amma bu, hər şey demək deyil. Alınan silahları istifadə edə biləcək əsgərlər də lazımdır. Əsas problem də məhz budur”.

Onun sözlərinə görə, AB ölkələri öz hərbçilərini Ukraynaya göndərməyə hazır deyil:

“Yalnız Böyük Britaniya atəşkəs rejiminə nəzarət etmək üçün 10 minlik hərbi kontingent göndərməyə hazır olduğunu açıqlayıb. Əgər Tramp və Putin arasında hansısa razılaşma baş tutarsa və bu razılaşma çərçivəsində Zelenski və komandası müəyyən şərtləri qəbul edərsə, bu, daha məntiqli nəticə olar. Heç olmasa, atəşkəs əldə edilər. Avropanın hərbi gücü zəifdir, silah istehsalı yetərli deyil və Ukrayna uğrunda döyüşmək istəyən insanların sayı çox azdır”.

Natiq Cəfərli qeyd edib ki, AB daxilində belə məsələlərdə yekdil qərar qəbul olunmalıdır və bu, ciddi çətinliklər yaradır:

“Avropa Birliyi bu cür strateji məsələlərdə ümumi razılığa gəlməlidir və burada hər bir ölkənin veto hüququ var. Məsələn, Macarıstan, Slovakiya və İtaliya bu təklifə nə deyəcək? Onlar Rusiya ilə münasibətlərin normallaşmasında maraqlıdırlar. Fevralın 23-dən sonra Almaniyada yeni hökumət formalaşacaq, bəs onların bu məsələyə münasibəti necə olacaq?”

Tarix
2025.02.19 / 08:30
Müəllif
Nihat Tahirov
Digər xəbərlər

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla