15:49
Xocalı rayon prokuroru Şahin İmanov vəzifəsindən azad edilib.
Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Ş.İmanov Daşkəsən rayon prokuroru təyin olunub.
K.Əliyevin digər əmrləri ilə Daşkəsən rayon prokuroru Marif Hüseynov tutduğu vəzifədən azad olunaraq Tovuz rayon prokuroru təyin edilib.
Xocalı rayon prokuroru vəzifəsinə isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev təyin edilib.
Baş Prokurorluğun Mətbuat Xidməti təyinatlarla bağlı məlumatı təsdiqləyib.
***
Ağsu rayonuna yeni prokuror təyin olunub.
Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Elnur Cəfərov Ağsu rayon prokuroru vəzifəsinə gətirilib. O, əvvəllər Sumqayıt şəhər prokurorunun müavini vəzifəsində çalışıb.
Ağsu rayon prokuroru Rəşad Mansurov isə tutduğu vəzifədən azad edilərək Salyan rayonuna prokuror təyin edilib.
Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Kərimov Oğuz rayon prokuroru təyin olunub.