Yuxarı

Bu avtomobillər Bakıya buraxılmayacaq – Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu avtomobillər Bakıya buraxılmayacaq – Qərar

Rayon qeydiyyatında olan minik avtomobilləri sentyabrın 15-dən sonra Bakıya buraxılmayacaq.

Axar.az xəbər verir ki, rayon avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı qayda şəhərin cənub və şimalında duracaqlar istifadəyə veriləndən sonra tam qüvvəyə minəcək.

Bu barədə APA-ya açıqlama verən baş nazirin müavini Abid Şərifovun sözlərinə görə, bəzi ekspertlər rayonlardan minik avtomobillərinin Bakıya yalnız axşam saatlarında gəlməsi ilə bağlı təklfi bəyənmir:

"Bölgələrdən Bakıya maşınla gəlməkdənsə, avtobusla gəlmək daha rahat başa gəlir. Avtobusla Bakıya gəlmək 2 dəfə ucuz başa gəlir. İkincisi, təhlükəsizlik ən önəmli məsələdir".

Yük avtomobillərinin axşam saatlarında paytaxta daxil olması barədə tələbə toxunan A. Şərifov qeyd edib ki, Bakıda yaşayanların 10 dəqiqəlik yolu 1 saata qət etməsi ciddi narahatlıq doğurur:

"Bakıda 3,5 milyon insan yaşayır, bəziləri evindən işə 10 dəqiqəlik yolu 1 saata gedir. Təcili yardım maşınlarının hərəkəti də mümkün olmur. Biz də deyirik ki, yük avtomobilləri Bakıya axşam saatlarında gəlsin. Axşam yolla hərəkət etməyin təhlükəli olduğunu deyirlər. Ancaq belə deyil".

Rayonlardan gələn, xəstə insanların olduğu minik avtomobillərinə gəlincə, A. Şərifov bildirib ki, xəstə insanların olduğu minik avtomobillərinin Bakıya buraxılmasında heç bir problem olmayacaq. Bu barədə yol polisinə də tapşırıq verilib:

"İlk növbədə insanların sağlamlığını düşünməliyik. Kim istəyir, minik avtomobili ilə axşam, ya da avtobusla gündüz Bakıya gələ bilər. Ya da minik avtomobilini şəhərin cənub, yaxud şimal çıxışında duracaqda qoyub, şəhərə avtobusla, metro, taksi ilə gündüz gəlsin. Bununla bağlı 3 duracaq olacaq, bu duracaqlardan 2-si sentyabrın 15-dək istifadəyə veriləcək. Duracaqlar pulsuz fəaliyyət göstərəcək. Avtobusla şəhərə gəlsinlər, işlərini görüb, geri qayıtsınlar. Biz insanların təhlükəsizliyini, rahatlığı barədə düşünürük".

A.Şərifov rayon qeydiyyatında olan minik avtomobillərinin gündüz saatlarında Bakıya buraxılmaması ilə bağlı tələbin sentyabrın 15-dən, duracaqlar istifadəyə veriləndən sonra tam qüvvəyə minəcəyini də nəzərə çatdırıb.

Tarix
2015.09.08 / 13:11
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan COP-a sədrliyi bu ölkəyə verdi

Erməni nümayəndələr Bakıda: Bu qərarlar qəbul edildi

Ramiz Mehdiyev Ermənistanla necə əlaqə saxlayırmış?

Rubionun “ruslar Trampa ötürüb” qalmaqalı: Xaos yarandı

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla