Yuxarı

Alçanı 20 manata edən səbəblər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alçanı 20 manata edən səbəblər...

Azərbaycanda may-iyun aylarının alçanın mövsümü olmasına baxmayaraq, bəzi bazar və marketlərdə qiymət hələ də yüksəkdir. Hazırda alçanın qiyməti növündən asılı olaraq 3-20 manat arası dəyişir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Axar.az-a bildirib ki, xüsusən mövsümdən əvvəl yetişən meyvələrin əkini ilə əsasən, imkanlı şəxslər məşğul olur:

“Adi kəndli alça istehsalı ilə çox məşğul ola bilmir. Çünki ağac tinglərinin alınıb gətirilməsi, bağ salınması böyük xərc tələb edən prosesdir. Dövlət tərəfindən sahibkarlara ucuz kredit resursu təklif olunsa, alça əkini ilə məşğul olanların sayı artar. Xüsusən də bu təklif qış mövsümü örtülü şəraitdə məhsul yetişdirən kəndlilərə olunmalıdır ki, bəzi işbazlar yaranmış fürsətdən istifadə edə bilməsin”.

Ekspertin sözlərinə görə, kəndli məhsulunu özü bazara çıxarmayanda bəzi işbazlar məhsulu ucuz qiymətə alıb, baha satır:

“Kəndlinin məhsulu bazara özünün çıxarması bu halların qarşısını ala bilər. Amma ola bilər tədarükçüyə satmaq kəndliyə daha əlverişli olsun. Bu zaman da həmin alverçilər sui-istifadəyə yol verməməlidir”.

V.Məhərrəmov onu da deyib ki, bütün prosesləri bazar özü tənzimləyir:

“Hazırda ölkəmizdə bir topdansatış bazası var və məhsulun bir hissəsinin yerindəcə satışını həyata keçirir, digər hissəsi isə supermarketlərə təqdim olunur. Ölkədə bir yox, bir neçə belə bazanın yaradılması qiymətlərin tənzimlənməsində müstəsna rol oynaya bilər və rəqabət mühüti yaradar”.

Tarix
2022.05.13 / 08:30
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla