Yuxarı

23 marşrutun hərəkət sxemi dəyişir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
23 marşrutun hərəkət sxemi dəyişir

Bakı Marafonu-2022 tədbiri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq mayın 15-də paytaxtda 23 marşrutun hərəkət sxeminə dəyişiklik ediləcək.

Bu barədə Axar.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliklər aşağıdakı kimi olacaq:

- 1, 2, 4, H1 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri Y.Səfərov küçəsi istiqamətində dəyişdirilərək Puşkin-Nizami-Y.Səfərov küçələri ilə təşkil ediləcək,

- 5 və 88 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi “28 May” metrostansiyası (Puşkin küç.) olmaqla təşkil ediləcək,

- 6 nömrəli marşrutun fəaliyyəti 2 istiqamət üzrə - yəni 20-ci Sahə y/m (F.Ö.Nemanzadə küç.) - "İçərişəhər" metrostansiyası və Axundov bağı-“Azadlıq prospekti” metrostansiyası istiqamətində təşkil ediləcək,

- 10 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Xocalı pr. (“Xətai” metrostansiyası) olmaqla, fəaliyyəti M.Müşfiq-A.Şaiq-Ş.Bədəlbəyli-D.Əliyeva-Puşkin-Nizami-Y.Səfərov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək,

- 18 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Ə.Cavad küç. (Nizami bağı) olmaqla, fəaliyyəti Ş.Şamil-İstiqlaliyyət-Azərbaycan pr.-Ə.Cavad – B.Sərdarov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək,

- 21, 32, 46, 175 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi 8 Noyabr pr.-də (Bakı Fransız Liseyi) olmaqla təşkil ediləcək,

- 30 və 49 nömrəli müntəzəm marşrutların fəaliyyəti D.Əliyeva-Nizami-Y.Səfərov küçələri ilə təşkil ediləcək,

- 53 nömrəli müntəzəm marşrutun son dayanacaq məntəqəsi B.Sərdarov küç. (Axundov bağı) olmaqla təşkil ediləcək,

- 61 nömrəli müntəzəm marşrutun fəaliyyəti S.Vurğun-Ş.Bədəlbəyli-R.Behbudov-S.Əsgərova küçələri ilə təşkil ediləcək,

- 65 nömrəli müntəzəm marşrutun fəaliyyəti Lermontov küç.-Ş.Şamil küç.-İstiqlaliyyət küç.-Azərbaycan pr. ilə təşkil ediləcək,

- 125, 127 və 205 nömrəli müntəzəm marşrutların fəaliyyəti Bakı Dairəvi Avtomobil yolu ilə təşkil ediləcək,

- 120 və 149 nömrəli müntəzəm marşrutların fəaliyyəti Yeni Salyan yolu – Bibiheybət yolu – 20-ci Sahə dairəsi, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.

Tarix
2022.05.13 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla