Yuxarı

“Bolt” etiraz edən sürücülərin profillərini blokladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bolt” etiraz edən sürücülərin profillərini blokladı

Boykotdan sonra “Bolt” etiraza qoşulan sürücülərin profillərini bloklayıb.

Axar.az xəbər verir ki, bu barədə “Bolt” şirkətində çalışan taksi sürücüsü Nicat Məmmədov sosial şəbəkələrdə məlumat yayıb.

“Ortada bir çox problem var və bu, həm sürücülərə, həm də müştərilərə mənfi təsir göstərir. Biz də bu problemlərin həlli istiqamətində etirazımızı bildiririk, amma bunlar problemi həll etmək əvəzinə, diktatorluq edirlər. Açıq-aşkar deyirlər ki, ölkədə taksi sahəsində qanunsuzluqdur, özbaşınalıqdır və biz də bundan istədiyimiz kimi istifadə edirik.

Boykotun təşkilatçısı kimi sürücülərə qarşı olan bu özbaşınalığa görə sürücülərin yaşadığı çarəsizliyi, maddi çətinlikləri ağır bir yük kimi öz üzərimdə hiss edirəm. Hüquqşünaslardan, media qurumlarından, aktivistlərdən xahiş edirəm bu məsələdə mənə köməkçi olsunlar”, - Nicat Məmmədov bildirib.

Qeyd edək ki, “Bolt” şirkətində çalışan taksi sürücüləri mayın 27-də saat 17:00-dan 19:00-dək tətbiqi bağlayıb, şirkəti boykot edəcəklərini bildirmişdilər.

Tarix
2022.05.29 / 12:49
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla